AZ

Avstraliya sosial mediadan istifadəyə 16 yaş məhdudiyyəti qoymağa hazırlaşır

Avstraliya hökuməti uşaqların sosial mediadan istifadə etməyə başlaması üçün 16 yaş həddi qoymağa hazırlaşır.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, ölkənin baş naziri Entoni Albanes jurnalistlərə verdiyi açıqlamada sosial mediadan istifadəyə yaş məhdudiyyəti tətbiq etmək səylərini dəyərləndirib.

Sosial medianın azyaşlılara zərər verdiyini bildirən Albanes, bu problemə birdəfəlik son qoyacaq qanunun bu il parlamentə təqdim edəcəklərini bildirib.

Albanes artıq sosial media şəbəkələri ilə də razılaşdıqlarını açıqlayıb.

Qeyd edək ki, Avstaliya qaydalarına görə, qanun parlametdə qəbul edildikdən 12 ay sonra qüvvəyə minir.
Seçilən
13
azxeber.com

1Mənbələr