Gəncə şəhəri M. M. Abbaszadə adına 20 nömrəli orta məktəbdə 8 Noyabr – Zəfər Günü münasibətilə vətənpərvərlik ruhunu yaşadan "Yaşa Azərbaycan!" adlı tədbir keçirilib.
Tədbirdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndəsi, məktəbin müəllim və şagird kollektivi ilə yanaşı, şəhid anaları və qazilər də iştirak ediblər.Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbir "Çırpınırdı Qara dəniz" mahnısının səslənməsi ilə davam edib.
Tədbirdə şəhid ailələri və müharibə əlillərinə Azərbaycan Respublikasının Prezidentiu İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın hərtərəfli diqqət və qayğısı xüsusi vurğulanıb. İştirakçılar şəhid ailələrinə və müharibə əlillərinə göstərilən hərtərəfli dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Şagirdlərin yüksək vətənpərvərlik ruhunda səhnələşdirilmiş çıxışları və rəqsləri iştirakçılara unudulmaz anlar yaşadıb və tədbirə xüsusi rəng qatıb.
Tədbirin sonunda Vətən müharibəsində qəhrəmancasına vuruşan qazilərimizə xüsusi ehtiram göstərilib. Məktəb rəhbərliyi qazilərimizi göstərdikləri igidliyə görə sertifikatlarla təltif edib.