Anasını öldürdükdən sonra başını kəsib küçəyə atdıBağcılarda anasını öldürdükdən sonra başını kəsərək küçəyə atan Ali Sayana ağırlaşdırılmış ömürlük həbs cəzası verilib.
News24.az Sonxeber.az-a istinadən xəbər verir ki, məhkəmə zamanı son söz haqqı verilən Əli Sayan "Hadisəni qəsdən etməmişəm" deyib.
Təqsirləndirilən şəxsin son sözündən sonra qərarını açıqlayan məhkəmə, Əli Sayanı ömürlük həbs cəzasına məhkum edib.