AZ

Avstraliyada sosial mediadan istifadəyə məhdudiyyətlər tətbiq ediləcək

Avstraliya hökuməti uşaqların sosial mediadan istifadə etməyə başlaması üçün 16 yaş həddi qoymağı və platformaları buna əməl etməyə görə məsuliyyət daşımağı düşünür.

Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Belə ki, Baş nazir Entoni Albanese jurnalistlərə verdiyi açıqlamada sosial mediadan istifadəyə yaş məhdudiyyəti tətbiq etmək səylərini dəyərləndirib. 

Sosial medianın uşaqlara zərər verdiyini bildirən Albanese bu prosesə son qoyacağını bildirib.

Sosial mediadan istifadəyə 16 yaş məhdudiyyəti qoyacaq qanunun bu il parlamentə təqdim edilməsi gözlənilsə də, Albanese yaş məhdudiyyətinin qanunun qəbulundan 12 ay sonra qüvvəyə minəcəyini bildirib.

O, bildirib ki, sosial media platformaları yaş həddini pozduqları təqdirdə cəzalandırılacaq.

Əli Hüseynov

Seçilən
11
bakivaxti.az

1Mənbələr