AZ

"Trampın bu siyasəti nəticəsində neftin qiymətində enmə ola bilər" - ŞƏRH

Tramp Amerikanı qlobal istixana qazı emissiyalarının azaldılması üçün çərçivə sənədi olan Paris Sazişindən çıxaracağını demişdi. Onun ənənəvi enerjiyə üstünlük verərək, neft-qaz hasilatını artıracağı təqdirdə neft qiymətinin düşəcəyi proqnozlaşdırılır. 

 

Belə olan halda bu dəyişiklik Azərbaycana necə təsir edəcək? Ölkəmizdə pullu xidmətlərin qiymətində artım müşahidə oluna bilərmi?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, Trampın proteksionist siyasəti nəticəsində neftin qiymətlərində enmə ola bilər:


“Trampın hakimiyyətə gəlməsindən sonra təbii olaraq bir çox istiqamətlərdə dəyişikliklər gözlənilir. Bunlardan birincisi Amerika iqtisadiyyatı ilə bağlıdır. Çünki proteksionist siyasət yeridəcəyi şübhəsizdir. Bu, vergi güzəştlərinin olacağı, tariflərin artırılacağı, xarici tərəfdaşların sıxışdırılacağı ilə bağlıdır. Eyni zamanda da, ənənəvi kabohidrogen ehtiyatlarının işlənməsi ilə bağlı yanaşması var. Alyaska və digər yataqların istismar olunması ilə balı planları var ki, bu da neft hasilatı həcmlərinin artmasına gətirəcək. Bu isə birmənalı olaraq neft qiymətlərinin azalmasına səbəb olacaq. Düşünmürəm ki, bu azalma böyük həcmdə olsun. Ən azından, artımın qarşısı alınacaq”. 


Ekspert qeyd etdi ki, bu, bütün neft hasil edən ölkələrə öz təsirini göstərəcək:


“Qiymətlərin aşağı enməsi ölkələrə daxil olan vəsaitə mənfi təsirini göstərəcək. Azərbaycanda da gəlirin daxil olması baxımından müəyyən azalmalar müşahidə oluna bilər. Bunu kompensasiya etmək üçün ölkələrin görəcəyi tədbirlərlər fərqli ola bilər”. 


Onun sözlərinə görə, hazırkı vəziyyətdə Azərbaycan hökümətinin hansı addımları atacağını demək çətindir.“Lakin pullu xidmətlərin qiymətini qaldırmaqdansa, daha çox xərclərin optimallaşdırıması hesabına mövcud makroiqtisadi vəziyyəti qoruyub saxlamağa çalışmaq daha doğru olar”, - E.Əmirov sonda vurğulayıb.


Firuzə Əliyeva
 

Seçilən
5
50
sfera.az

10Mənbələr