AZ

"Bu, yalnız mənim və köməkçilərimin xidməti deyil"

«Mövsümə yaxşı başlamışıq və bunun davamını gətirmək istəyirik».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Karvan»ın baş məşqçisi Kənan Kərimov deyib.

Yevlax təmsilçisinin çalışdırıcısı I Liqada liderliyi davam etdirməyi qarşılarına məqsəd qoyduqlarını bildirib:

«Çempionatın startından altı tur keçib və hamısında qalib gəlmişik. Bu, yalnız mənim və köməkçilərimin xidməti deyil.

Biz «Karvan»ıq. Əldə olunan nəticələrdə futbolçularımızın, komandamızda çalışan hər kəsin, o cümlədən, azarkeşlərimizin böyük rolu var.

Onlar yalnız evdəki oyunlarda deyil, səfərdə də bizim yanımızdadırlar. Mən buradan rəhbərliyimizə də bir daha öz minnətdarlığımı bildirirəm.

Hər mənada komandanın qayğısına qalırlar. Hansısa problem yarananda, onu həll edirlər. Əlbəttə, biz də bunun əvəzini vermək istəyirik.

Bilirlər ki, hər oyun çətindir. Bütün rəqiblərə qarşı ciddi hazırlaşırıq və nəticəsini də meydanda görürük.

Turnir cədvəlinin üst sırarında sıxlıqdır. Bu, bizi daha da məsuliyyətli edir».

Seçilən
33
sportinfo.az

1Mənbələr