AZ

Məhəmməd Əbdülsalam: Din iqlim dəyişikliklərinin təsirlərini azaltmağa dəstək göstərə bilər

Din iqlim dəyişikliklərinin təsirlərini azaltmağa dəstək göstərə bilər.

Bunu "Report"un sualına cavab olaraq Müsəlman Ağsaqqalları Şurasının sədri Məhəmməd Əbdülsalam Dini Liderlərin Qlobal Sammitinin yekununa həsr edilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, dini liderlərə bu istiqamətdə fəaliyyət üçün şərait yaradılmalıdır:

"Biz davamlı sabitlik və sağlamlıq istəyiriksə, birgə mübarizəni davam etdirməliyik. Din həyatdakı bütün problemlərə pozitiv toxunuş edəcək gücdədir. Dini liderlərin belə təşəbbüslərdə səsini ucaltması üçün platformaların olması vacibdir. Azərbaycan bu baxımdan həm də dini konfessiyaların birgə və əmin-amanlıqda yaşadığı nümunəvi ölkədir".

Seçilən
41
ekologiya.az

1Mənbələr