AZ

Zəngəzur dəhlizinin açılmasını istəmirik - Sübhani

Tehran regionda nəqliyyat kommunikasiyalarının açılmasının tərəfdarıdır, amma Ermənistanın suverenliyi və ərazi bütövlüyünü nəzərə alır.

Teleqraf.com xəbər verir ki, bu sözləri İranın Ermənistandakı səfiri Mehdi Sübhani deyib.

“İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi aydındır: Tehran istənilən geosiyasi dəyişikliklər və dəhliz məntiqinə qarşıdır”, - deyə səfir bildirib.

Sübhani bu qeyri-ciddi yanaşmasına əlavə olaraq, Ermənistanla İran arasındakı “əsrlik dostluq” cəfəngiyyatından da danışıb:

“İranla Ermənistan arasında münasibətlərin aydın təməli var. Biz əsrlər boyu yan-yana yaşayan və çox yaxşı qonşuluq münasibətləri olan iki dövlətik. Hesab etmirəm ki, kimsə hər iki ölkənin xalqının mənafeyinə zidd addımlar atsın”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
31
teleqraf.com

1Mənbələr