Bayer”in baş məşqçisi Xabi Alonso “Real” ilə şifahi razılaşmağa yaxındır.
Msport.az xəbər verir ki, bu barədə “TEAMtalk” məlumat yayıb.
İspaniya klubunun prezidenti Florentino Peres bir neçə aydır ki, Alonsonun ətrafı ilə birbaşa əlaqə saxlayır və hazırda ispaniyalı mütəxəssis razılığa gəlməyə yaxındır.
Bildirilir ki, cari mövsümdə Ançelotti istefaya göndərilərsə, Peres Alonsonun təyinatına qədər komandanı Raula həvalə etməyə hazırlaşır.