AZ

Mask Trampın yeni kabinetinin formalaşmasında iştirak edir

Hurriyyet.az xəbər verir ki, amerikalı milyarder İlon Mask ilə siyasətçi Robert Kennedi ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın yeni kabinetinin formalaşdırılmasında iştirak etməyə başlayıblar. Trampın yeni kabinetinin formalaşmasına hazırlıq fonunda onlar indiki administrasiyadan növbəti rəhbərliyə keçidə cavabdeh olan məmurlarla görüşüblər.

Bu barədə "ABC News" kanalı mənbələrə istinadla məlumat verib. Görüşün Trampın Floridadakı Mar-a-Laqo iqamətgahında keçirildiyi qeyd edilir. Xəbərdə deyilir: "Donald Tramp kabinetini formalaşdırmağa və yüksək inzibati vəzifələrə namizədlər seçməyə hazırlaşır". 

Hürr Tərcüman

 

Seçilən
74
50
hurriyyet.az

10Mənbələr