AZ

BMU-da Vətən müharibəsi qaziləri ilə görüş təşkil olunub - FOTOLAR

Bakı Mühəndislik Universiteti (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) nəzdində fəaliyyət göstərən “Qarabağ” klubunun təşkilatçılığı ilə “Qəhrəmanını tanı” adlı tədbir keçirilib. 

"Unikal" xəbər verir ki, şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə 44 günlük Vətən müharibəsi dövrü ilə bağlı videoçarx nümayiş olunub.

Açılış nitqi ilə çıxış edən “Qarabağ” klubunun sədri Nihad Süleymanov Vətən müharibəsinin canlı şahidləri ilə təşkil edilən belə görüşlərin gənclərin vətənpərvərlik ruhunda yetişməsindəki rolunu vurğulayıb.

Sonra Füzuli, Şuşa, Ağdərə, Qubadlı, Xocavənd istiqamətlərində gedən döyüşlərdə qəhrəmanlıq göstərən qazilərdən gizirlər- Kənan Quliyev, Ramin Şirinov, Salman Xudaverdiyev və çavuşlar- Əsgər Əhmədov, Qafar Məmmədəliyev, Vüsal Qəhrəmanov çıxış ediblər. Çıxışlarda Vətən müharibəsi iştirakçıları tələbələrə keçdikləri döyüş yolundan, müharibə dövründə Milli Ordumuzun göstərdiyi rəşadətdən ətraflı danışıblar. 

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
 

Seçilən
77
45
unikal.az

10Mənbələr