AZ

Dəhşət: kompüterdə oynamağa qoymayan anasını baltaladı

Rusiyada 15 yaşlı məktəbli mübahisə etdiyi anasını balta ilə öldürüb.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, mübahisə uşağın məktəbdə pis qiymət alması ilə başlayıb.

Cəza olaraq ana planşetini götürüb və kompüterdə oynamasına icazə verməyib. Nəticədə böyük dava düşüb.

Yeniyetmə qadının yataq otağına girib və onun başına balta ilə bir neçə zərbə endirib. 48 yaşlı qadın aldığı xəsarətlərdən dünyasını dəyişib.

Bundan sonra yeniyetmə özü polisə gələrək hər şeyi etiraf edib. O, saxlanılıb.

Seçilən
12
1
medianews.az

2Mənbələr