AZ

"Soyunmağı xoşlamıram"— Məhkəmədə həkimdən maraqlı ifadə

Şirvan Şəhər Xəstəxanasında Vətən müharibəsi qazisinin anasının döyülməsi barədə məlumat vermişdik.

Həkim Günel Səfərova tərəfindən döyüldüyünü iddia edən Şirvan Şəhər sakini Arzu  Abdullayeva  Oxu24.com   saytına bildirib ki,qeyd olunan hadisə ilə bağlı məhkəmə prosesi baş tutub. Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə keçirilən məhkəmə prosesində qərar elan olunub.Qərara əsasən Abdullayeva Arzu Azər qızı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən 300 (üç yüz) manat məbləğində cərimə olunub.

Şikayətçinin xəsarətləri:

 

Şirvan xəstəxanasında həkim işləyən Günel Səfərova tərəfindən döyüldüyü halda özünün cərimələnməsini Arzu Abdullayeva ədalətsiz qərar hesab edir.

“2024-cü ilin iyulun 23-də Şirvan Şəhər xəstəxanasında göz həkimi Günel Səfərova tərəfindən insanların gözü qarşısında döyüldüm. Xəsarətlər aldım. Şikayətim əsasında Şirvan Şəhər Polis Şöbəsində müstəntiq İlqar Novruzov araşdırma apardı. Mənim xəsarətlərim gözlə görünən idi. Günel Səfərova şəxsi tanışlığından istifadə edərək saxta ekspert rəyi aldı. Guya mən də ona xəsarət yetirmişəm. Ona saxta rəyi verən şəxs Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan Şəhər  şöbəsinin  rəisi Məmmədov Eldar Nüsrət  oğludur. Həmin  saxta rəydə Günel Səfərovanın xəsarət almasına dair heç bir sübut,foto,video çəkiliş yoxdur. İndi mən sual verirəm.Həmin ekspert nəyin əsasında Günel Səfərovanın xəsarət aldığı barədə rəy verib?. İlk dəfədən  müstəntiqə  bildirdim ki, həmin  rəy saxta və əsassızdır.  Məhkəmədə ekspertin özü də gəlmişdi.Ona sual verdim ki, sən xəsarətləri nəyin əsasında yazmısan? Ekspertin əvəzinə məni döydüyü halda,özünə saxta rəy alan həkim Günel Səfərova bildirdi ki, “mən soyunmağı xoşlamıram.Xəsarətim elə yerdəydi ki, həkimə göstərə bilməzdim.” Onun bu biabırçı və məntiqsiz cavabına hakim də susdu.Mən bu işin sonuna qədər gedəcəm.Ölkədə qazi anasının insanların gözü qarşısında döyülməsinə haqq qazandıran həmin saxta rəy verən ekspert və məni döydüyü halda özünü təmizə çıxarmağa çalışan həkim Günel Səfərova qanun qarşısında cavab verəcək.”,- deyə Arzu Abdullayeva bildirib. 

 

Həkim Günel Səfərova 

 

Arzu Abdullayeva  həmçinin  qeyd edib  ki, Şirvan şəhər Məhkəməsinin çıxardığı qərardan apellyasiya şikayəti verəcək.

 

Həmin ekspert rəyi ilə bağlı Baş Prokurorluğa, TƏBİB-ə  və digər qurumlara rəsmi şikayət edib.

 

Qeyd edək ki, məhkəmə həmin insidentə görə həkim Günel Səfərovanı da eyni maddə ilə 300 manat miqdarında cərimə edib. Arzu Abdullayeva bu qərarla razı olmadığını bildirir. O, idda edir ki, xəstəxanada o həkim tərəfindən döyülüb.

 

Aksin.M

Seçilən
20
oxu24.com

1Mənbələr