AZ

“Rafael” Kubanı pis “vurdu”

“Rafael” qasırğası Kubanı vurub.

Adada küləyin sürəti 180 km/saata çatıb. Milli elektrik şəbəkəsi sıradan çıxıb. Ölkə prezidenti Migel Diaz-Kanel bildirib ki, səlahiyyətlilər qasırğanın nəticələrini qiymətləndirməyə başlayıb.

Diaz-Kanel Milli Müdafiə Şurasının iclasında “Biz vaxt itirmədən, bu cümə axşamı səhər saatlarından dərhal bərpaya başlayacağıq” deyib. Onun sözlərinə görə, qasırğa Kubanın qərb əyalətlərinə ciddi ziyan vurub. Kuba prezidenti həmçinin bildirib ki, o, bir neçə nazirlə birlikdə zərər çəkmiş ərazilərə səfər edəcək.
Noyabrın 7-də səhər saatlarında qasırğa zəifləməyə başlayıb, ölkənin hakimiyyət orqanları isə küləyin sürəti hələ də 50 km/saata çatdığı üçün təhlükəli şəraitin davam edəcəyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, “Rafael” qasırğası noyabrın 6-da günortadan sonra Kubanı vurub və şərqdən qərbə doğru hərəkət edib. Adaya gündə təxminən 200 mm yağıntının düşəcəyi gözlənilir. Ölkənin elektrik şəbəkəsi havanın pisləşməsindən dərhal sonra sıradan çıxıb. Kuba hava limanları 36 saatlıq fəaliyyətini dayandırıb. Şəhərlərdə ictimai nəqliyyat da ləğv edilib. Venesuela hakimiyyəti Kubaya 300 ton humanitar yardım göndərib.

//Samir Qurbanov, Editor.az

Seçilən
39
editor.az

1Mənbələr