AZ

Qazaxıstan BRİKS-ə dəvət edildi

Hurriyyet.az "Vestnik Kavkaza" nəşrinə istinadla xəbər verir ki, Qazaxıstan tərəfdaş ölkə qismində BRİKS təşkilatına dəvət edilib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qazaxıstana səfəri zamanı respublikanın tərəfdaş ölkə qismində BRİKS təşkilatına dəvət edildiyini bəyan edib. Astana bundan əvvəl təşkilatla əməkdaşlıq etməyə hazır olduğunu bildirmiş, lakin alyansın üzvü olmaq arzusunda olmamışdı.

Lavrov deyib: "Qazaxıstan tərəfdaş ölkə kimi BRİKS təşkilatına dəvət edilib. Ümid edirik ki, bu addım müşahidəçisi olduğumuz və içərisində yaşadığımız dəyişikliklər dövründə kəskin qlobal problemlərlə bağlı təmaslarımızı gücləndirəcək".

Qeyd edək ki, tərəfdaş ölkə statusu hələ alyansın tamhüquqlu üzvü demək deyil. Bu kateqoriya ötən ay Kazan şəhərində keçirilmiş BRİKS sammitində təsis edilib və təşkilatla sıx əlaqələri olan ölkələr tərəfdaşlar sırasına daxil edilirlər. Tərəfdaş ölkələrin təşkilata tədriclə, müəyyən maddələrlə bağlı müstəqil mövqelərini qoruyaraq inqteqrasiya edəcəkləri güman edilir.

Xatırladaq ki, Qazaxıstan BRİKS-ə daxil olmaqdan imtina edib. Lakin ölkənin lideri Kasım-Jomart Tokayev Astananın hərtərəfli əməkdaşlıq və dövlətin təhlükəsizliyi üçün təşkilatla tərəfdaşlıq etməyə hazır olduğunu bəyan edib.

Hürr Tərcüman

Seçilən
13
hurriyyet.az

1Mənbələr