1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Dövlət Turizm Agentliyi noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcək xarici qonaqlar üçün ölkədaxili tanıtım səfərləri təşkil edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə dövlət satınalmalarının vahid internet portalı məlumat yayıb.
Bildirilib ki, bu səfərlər 159,4 min manata başa gələcək.
Belə ki, xarici qonaqlar Bakı və regionlardakı muzeylərə, teatr, opera, qalereya, ekoparklara aparılacaqlar. Onlar üçün Azərbaycan şərablarının dequstasiyası da nəzərdə tutulub.