AZ

OCCPR: 5,2 milyon dollar qarşılığında 5 min qonaq Sea Breeze-də yerləşdiriləcək

COP29 iqlim dəyişikliyi konfransı ərəfəsində Azərbaycan bu tədbirdən öz avtoritar hökumətinin imicini yaxşılaşdırmaq üçün istifadə edir. Bu barədə OCCPR (mütəşəkkil cinayətkarlıq və korrupsiya haqqında hesabatlılıq layihəsi) – dünyada dövlət məmurlarının korrupsiya məsələləri üzrə Avropa Jurnalistlər və Araşdırmaçılar Birliyinin hesabatında deyilir.

Dünya liderləri bu il Azərbaycanın ev sahibliyi etdiyi COP29 iqlim sammitində Yerin gələcəyini müzakirə etmək üçün Xəzər dənizinə toplaşacaqlar.

“Freedom House hüquq-müdafiə təşkilatının reytnqinə görə, Azərbaycan nə vaxtsa bu tədbirə ev sahibliyi etmiş Misir və Birləşmiş Ərəb Əmirliklərindən də avtoritar ölkədir.

OCCRP ölkənin kiçik elitasının xalqın hesabına necə zənginləşdiyini ifşa etmək üçün uzun illərdir yerli jurnalistlərlə işləyib. İstər mədənçilik, istər bankçılıq, istər otelçilik, istərsə də inşaat olsun, Azərbaycanda onların üstünlük təşkil etmədiyi böyük bir sahə  çətin ki tapılsın", - hesabatda deyilir.

OCCPR hesabatına görə, Sea Breeze kurort kompleksinin sahibi  COP29-un 5000 qonağının  Xəzər sahilində yerləşdirilməsi üçün 5,2 milyon dollarlıq dövlət müqaviləsini qazanıb.

COP29-un korporativ tərəfdaşları: Paşa Holdings, Azersun Holding, İpək Yolu Qərbi Hava Yolları, GİLTEX. PASHA Holdings, Azersun Holding,  Silk Way West Airlines, GILTEX.  Bu şirkətlərin hamısının COP29-a xidmət üzrə böyük sifarişləri var.

Seçilən
14
turan.az

1Mənbələr