“Qərb Ukrayna məsələsində indi seçim qarşısındadır”.
Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Moskvada MDB ölkələrinin təhlükəsizlik şuraları katiblərinin görüşündə deyib.
O, qeyd edib ki, əməliyyatlar teatrında vəziyyət Kiyevin xeyrinə deyil, ona görə də Qərb seçim qarşısında qalıb:
“Ya Ukrayna əhalisinin məhvini davam etdirmək, ya da Ukrayna ilə bağlı danışıqlara başlamaq”, - deyə siyasətçi vurğulayıb.
Daşqın HəsənovMissiya.Az