“Real” hazırda “Bayer”də çalışan ispaniyalı mütəxəssis Xabi Alonso ilə danışıqlar aparır.
Apasport.az xəbər verir ki, bu barədə “Teamtalk” nəşri məlumat yayıb.
Karlo Ançelottinin istefası halında tərəflər əməkdaşlıq haqqında ilkin razılaşmaya yaxındırlar.
Belə ki, “Real”ın gənclərdən ibarət komandasını çalışdıran Raul Qonzales yaya qədər “kral klubu”na rəhbərlik edəcək və bundan sonra yerini Alonsoya verəcək.
Alonso 2022-ci ilin payızından “Bayer”in baş məşqçisi vəzifəsində çalışır. Komanda onun rəhbərliyi altında ötən mövsüm Almaniya çempionatının və kubokunun qalibi olub.
"Fənərbaxça”nın futbolçusu sevgilisinə görə komandasını gözlədir
Mourinyo Arda Güleri komandasında istəyir
Amorimin “Yunayted”dən ilk istəyi – Xviça Kvaratsxeliya
"Arsenal" "İnter"lə matça itki ilə çıxacaq
Qyökereş Messinin uğurunu təkrarladı