"Yeni Müsavat" qəzetinin 35 illik yubileyi ilə bağlı Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib.
Musavat.com xəbər verir ki, iclasda Mətbuat Şurasının sədri Rəşad Məcid, İdarə Heyətinin üzvləri Əflatun Amaşov, Müşfiq Ələsgərli, Vüqar Zifəroğlu, Səadət Məmmədova, Vüsalə Mahirqızı, Aqil Ələsgər, Hacıbəy Heydərli, Yadigar Məmmədli, qurumun Ahıl Jurnalistlər Məclisinin sədr müavini Əminə Yusifqızı, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Natiq Məmmədli iştirak edib.
Tədbirdə, həmçinin “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu, baş direktoru Ələsgər Süleymanov, Musavat.com saytının baş redaktoru Əli Rais və kollektivin digər əməkdaşları iştirak ediblər.
Rəşad Məcid və Mətbuat Şurasının İH üzvləri "Yeni Müsavat" qəzetinin kollektivini təbrik edib, qurum adından təbrik plaketini Rauf Arifoğluna təqdim edib.
Xalidə Gəray
Musavat.com