Məktəb direktoru şagirdləri belə xilas etdiİspaniyanın Valensiya şəhərində sel fəlakəti zamanı ibtidai məktəbin direktorunun siniflərdə qalan uşaqları xilas etməsi sevinclə qarşılanıb.
News24.az Sonxeber.az-a istinadən xəbər verir ki, Daniel Burguet sinif otaqlarını sel basan zaman stolun ayağı ilə şüşə qapını sındıraraq 4-11 yaş arası uşaqları bir-bir xilas edib.
Qeyd edək ki, təbii fəlakət nəticəsində 211 nəfər həyatını itirib, 2000 nəfər itkin düşüb. Kral Felipenin bölgəyə səfəri zamanı etirazlar olub.