Almaniya erkən seçkilərlə üz-üzə qaldığı bir vaxtda mövcud koalisiyanı böhrana sürükləyən səbəblər arasında iqtisadiyyat mühüm rol oynayır.
İndex.az xəbər verir ki, 2010-cu ildən bəri iri şirkətlərin ölkədən 650 milyard avroluq kapital axını ölkənin rəqabət qabiliyyətini və məşğulluğunu boğan amil kimi diqqət çəkir.
Son zamanlar “Volkswagen” kimi şirkətlərin istehsalı dayandırması kimi xəbərlərlə gündəmə gələn Almaniya iqtisadiyyatında rəqabət qabiliyyətinin və məşğulluğun azalması siyasi zəmini sarsıdan səviyyəyə çatıb.
“Bundesbank”ın məlumatına görə, onların arasında kimya nəhəngi “BASF SE”, avtomobil təchizatçısı “ZF Friedrichshafen AG” və məişət texnikası istehsalçısı “Miele & Cie” var. Bəzi şirkətlər 2010-cu ildən bəri 650 milyard avrodan (700 milyard dollar) çox xalis kapital axınına səbəb olan resursları ölkədən kənara çıxarıblar.
Bu kapital axınının təxminən 40%-i Olaf Şolzun rəhbərlik etdiyi koalisiya dövründə baş verib.