Rusiyada pendir yeyən bir yaşlı uşaq boğularaq ölüb.
Medianews.az “Daily”ə istinadən xəbər verir ki, faciə noyabrın 5-də günorta saatlarında Moskvanın Desyonovskoye qəsəbəsində baş verib.
Ana mətbəxdə nahar hazırladığı zamanda bir yaşlı qızı onun yanında oynayırdı. Qadın körpəyə bir tikə pendir verib, uşaq ondan boğulmağa başlayıb.
Ana pendiri çıxarmaq istəyib, amma bacarmayıb. Gələn təcili yardım briqadası uşağın ölümünü təsdiqləyib.
Faktla bağlı araşdırma aparılır.