Ağdamın Çəmənli kəndində bankomat yoxdur. Bunu deputat Bəxtiyar Əliyev deyib.
"Ağdamın işğal olunmamış əraziləri var idi, burda 40-a yaxın kənd var. Məsələn, ən böyük inzibati vahid olan-15 minə yaxın əhalisi olan Çəmənli kəndində 1 dənə də olsun bankomat yoxdur. Əhalinin çoxluğunu nəzərə alaraq həmin ərazilərdə bankomatların quraşdırılamsına şərait yaradılsın", - deputat bildirib.
Mərkəzi Bankın 2023-cü ilin hesabatına görə, Azərbaycanda banklar tərəfindən quraşdırılmış bankomatların sayı 3,09 min ədəd təşkil edib ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 0,7% çoxdur.
Gülnar Nazimqızı
www.anews.az