AZ

Avropa Azərbaycan Məktəbində Zəfər Günü qeyd edilib


Avropa Azərbaycan Məktəbi və Badamdar Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə məktəbin orta təhsil korpusunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Məktəbdən APA-ya verilən xəbərə görə, tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başlayıb. Daha sonra Qarabağ Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AAM-in CEO və direktoru Françesko Bankini çıxışında Zəfər Gününün xatirələrimizdə daima yaşadılmasının vacibliyini qeyd edərək, milli birliyimizin gücünü vurğulayıb. Məktəbin direktor müşaviri, Əməkdar müəllim Asif Cahangirov əslən Qarabağlı olan bir vətəndaş kimi bu tarixi günün əhəmiyyətini və önəmini böyük qürur və fəxr hissi ilə gənclərə çatdırıb. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndəsi Səbinə Məmmədova xalqımızı Zəfər Günü münasibətilə təbrik edib və Vətənimizin parlaq gələcəyinə dair öz arzularını ifadə edib. Tədbirdə məktəbin şagirdləri qələbə sevincini tamaşalar, şeirlər və musiqi nömrələri ilə ifadə edərək bu əlamətdar günü qeyd ediblər.

Tədbir Bakı Ritm qrupu və Shadel Ritm qrupunun peşəkar çıxışları, eləcə də Ləman Şirinovanın ifasında milli rəqslə davam edib. Həmçinin, Bakı Mədəniyyət Evinin mədəni-kütləvi tədbirlər üzrə təşkilatçısı Svetlana Quliyevanın vətənpərvərlik ruhunda ifa etdiyi mahnı tədbirə rəng qatıb.


Səbail Rayon İcra Hakimiyyətinin Ictimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Leyli Mirzəyeva çıxış edərək məktəb icmasını Zəfər Günü münasibətilə təbrik edib və bu önəmli günlə bağlı öz fikirlərini bölüşüb. Eyni zamanda, məktəbdə çalışan müharibə iştirakçıları Bəylər Eminov və Əkbər Hüsüyev çıxış edərək ərazi bütövlüyümüz uğrunda göstərilən fədakarlıqları və xalqımızın mübarizə ruhunu vurğulayıblar. Tədbirdə iştirak edən şəhidimiz Vüsal Həsənovun anası Mərifət Həsənova oğlu ilə bağlı xatirələrini bölüşüb və gənclərə tövsiyələrini bildirib. Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nigar Bəylərova, Badamdar Mədəniyyət Evinin direktoru Həcər İsrafilova da tədbirdə işitrak ediblər.


Avropa Azərbaycan Məktəbi və Badamdar Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə məktəbin ibtidai korpusunda təşkil olunmuş tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Vətən uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Ardınca ibtidai təhsil pilləsinin rəhbəri Kamilla Orucova və Badamdar Mədəniyyət Evinin direktoru Həcər İsrafilova məktəb icmasını salamlayaraq tarixi günün önəmi barədə fikirlərini bölüşüblər və tədbir iştirakçılarını təbrik ediblər.

Daha sonra Xankəndində fəaliyyət göstərən Qarabağ Universitetinin tələbələrinin AAM icmasına ünvanlanmış Zəfər Günü ilə əlaqədar təbrik videosu nümayiş olunub. Sevilən ifaçı Rilaya Hüseynzadə, Əməkdar artist Çinarə Mütəllibova, balaban ifaçısı Nicat Məsimov, Badamdar Mədəniyyət Evinin mədəni-kütləvi tədbirlər üzrə təşkilatçısı Svetlana Quliyeva və AAM şagirdlərinin ifasında təqdim olunan ifalar tədbirdə bayram əhval-ruhiyyəsi yaradıb.

Zəfər Günümüz mübarək olsun!

Avropa Avropa Avropa Avropa Avropa Avropa
Seçilən
43
apa.az

1Mənbələr