AZ

Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq öz haqlarını təmin etdi- ÖZƏL

"Zəfər Günü xalqımız üçün həm mənəvi-siyasi, həm də strateji əhəmiyyət daşıyır. Bu tarix ölkəmizin ərazi bütövlüyünün bərpasını simvollaşdırır. Müzəffər Ali Baş Komandanın liderliyi ilə xalqın və ordunun birgə gücü sayəsində möhtəşəm Qələbənin əldə olunması milli qürur mənbəyinə çevrildi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Heydər Əsədov deyib: "İkinci Qarabağ müharibəsi Cənubi Qafqazda yeni geosiyasi vəziyyət yaratdı. Azərbaycan ərazi bütövlüyünü bərpa etməklə yanaşı, regionda sülh və sabitlik üçün də əhəmiyyətli zəmin formalaşdırdı. Regionda diplomatik müzakirələrin intensivləşməsi, yeni əməkdaşlıq platformalarının formalaşdırılması da bu Qələbənin nəticəsi kimi qeyd olunur. Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq öz haqlarını təmin etdi. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin reallaşdırılması beynəlxalq hüququn və tarixi ədalətin bərpası kimi çox mühüm əhəmiyyətə malikdir.

Zəfər Günü milli ruhun və qürurun ifadəsi kimi Azərbaycan xalqını birləşdirən böyük bir dəyərdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə vahid iradə və məqsəd ətrafında formalaşan milli birlik bu Qələbəni mümkün etdi.Azərbaycan Ordusunun cəsarəti və xalqın dəstəyi milli birliyi möhkəmləndirdi. Xalq ordunun yanında oldu - gənclər cəbhəyə könüllü olaraq yollandı, hər kəs arxa cəbhədə yardım və dəstək göstərdi. Ali Baş Komandanın "Dəmir yumruq" əməliyyatı xalqın dövlətə olan etimadını daha da artırdı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
23
olaylar.az

1Mənbələr