Oktyabr ayında Çinin ixracatı kəskin artaraq gözləntiləri üstələyib.
İndex.az xəbər verir ki, Çinin gömrük məlumatlarına görə, Çinin ixracatı ötən ay illik bazda 12,7% artıb.
Bu artım iqtisadçıların gözləntisindən 5% çox olub.
İxracın əksinə olaraq idxalda azalma müşahidə edilib.
Belə ki, Çinin idxalı ötən ay illik bazda 2,3% azalaraq gözləntiləri üstələyib.
İqtisadçılar idxalın 2% azalacağını bildirirdilər.
Ölkənin ticarət profisiti 95,72 milyard dollar olub ki, bu da gözləntiləri 75 milyard dollar üstələyib.