“Norveç təmsilçisi son matçlarda müdafiə olunmada problemlərlə üzləşir.
“Qarabağ” sakit, topa daha çox sahib olmaqla, "Budyo-Qlimt” səfərindən 3 xalla qayıda bilər.
Əsas diqqət ediləsi məqam topu rəqibə verib topsuz oyunda iştiraka “yox” deyilməlidir. Çünki 3-cü fazada rəqib sürətli oynayan, keyfiyətli oyunçu qrupuna malikdir.
Amma etiraf edək ki, Ağdam klubu da müdafiə olunmada ciddi problemlərlə üz-üzə qalır. Bu qarşılaşmada sağ cinahda Abbas Hüseynov israrına son qoyulmalıdır”.
Bu açıqlama ilə “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərov çıxış edib.
Tanınmış jurnalist Avropa Liqasının əsas mərhələsində “Qarabağ”ın bu gün Norveçdə "Budyo-Qlimt”ə qarşı keçirəcəyi 4-cü tur oyunu haqda danışıb.
Standart vəziyyətlərdə daha diqqətli olunmasının vacibliyini vurğulayan E.Cəfərov Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun çətin səfərdən xal və ya xallarla qayıdacağına inanaraq tilsimi qıracağını diqqətə çatdırıb.