AZ

Şabranda şəhidlərimizin xatirəsinə ehsan süfrəsi açıldı

Şabran rayonunda deputat Mahir Süleymanlının təşəbbüsü ilə baş tutan şəhidlərin xatirəsinə ehsan süfrəsi təşkil edilib.



Modern.az  xəbər verir ki, məclisdə Milli Məclisin deputatı Mahir Süleymanlı Şabran rayon icra hakimiyyətinin başçısı Asif Hüseynov, Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, Şabran RİH-in və Yeni Azərbaycan Partiyasının Şabran rayon təşkilatının rəhbər şəxsləri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər iştirak edib.



Parlamentin deputatı Mahir Süleymanlı ehsan süfrəsində çıxış edərək, ordumuzun tarixi zəfərindən söz açıb. Şəhid ailələrinə başsağlığı verib. Öz canını vətən uğrunda qurban verən vətən oğullarının xatirələrinin daim qəlblərdə yaşayacağını bildirib. 

 

Ehsan süfrəsindən sonra şəhid ailələri, rayon ictimaiyyət nümayəndələri ilə həmsöhbət olan deputat onların qayğıları ilə yaxından maraqlanıb. 

139349313934891393486139349513934961393497139349913935001393491

Seçilən
25
modern.az

1Mənbələr