"Yeni təklif olunan qanunun içərisində ancaq işğaldan azad olunmuş ərazilər qeyd olunur, yəni bötüv Azərbaycan nəzərdə tutulmur".
Redaktor.az xəbər verir ki, bu fikirləri millət vəkili Siyavuş Novruzov bugünkü plenar iclasda səsləndirib:
"Bu qanunun müddəaları ancaq Qarabağa yönəlib. Sabah elan olunsa ki, başqa yerə mina qoyublar, bu, qanunda yer almır. Bəs həmin ərazi, insanların aqibəti necə olacaq? Onlar haqqında hansı qanun layihəsinə baxılacaq?"
"Statusu hərbi müqavilə bağlamış insanlar hansısa hadisə vaxtı ölür, valideynləri şəhid statusu istəyir. Anlamaq lazımdır ki, bu ad döyüşən, can qoyan insanlara verilmədir. Bundan başqa mina təmizləyərkən ayağını itirmiş şəxs və qəzada ayağını itirmiş şəxslə eyni dərəcələndirilməməlidir", - deyə deputat qeyd edib.
Türkan