AZ

Məşhur qablaşdırma şirkəti ilə bağlı cərimə qərarı verildi

Azərbaycanda 2012-ci ildən fəaliyyət göstərən qablaşdırma şirkəti qablaşdırma məhsulları şirkəti olan “Az-Pack” MMC məcburi auditdən yayındığına görə cərimələnib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınma) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir. 

Qeyd edək ki, şirkət PET preformalar, SBC və HDPE qapaqlar, IML qablar, PS / PP listlər və yüksək keyfiyyətlə çap olunmuş PS / PP qablar istehsalı ilə məşğuldur. MMC ölkədə bir çox şirkətlərin məhsulları üçün qablar istehsal edir.

Seçilən
63
25
iqtisadiyyat.az

10Mənbələr