"Sabah" sabiq çalışdırıcısı, hazırda Rusiya təmsilçisi "Krasnodar"ın baş məşqçisi olan Murad Musayev Premyer Liqada ardıcıl ikinci dəfə ayın ən yaxşısı seçilib.
Fanat.Az xəbər verir ki, məlumatı qurumun mətbuat xidməti yayıb.
Oktyabrın ən yaxşı baş məşqçisi adı uğrunda Murad Musayevlə yanaşı, 4 mütəxəssis - Sergey Semak ("Zenit"), Martsel Liçka ("Dinamo"), Marko Nikoliç (ÇSKA) və Dmitri Pyatibratov ("Fakel") mübarizə aparıblar.
Musayevin sentyabrda da bu mükafata layiq görüldüyünü xatırladaq.
"Krasnodar" oktyabrda Rusiya Premyer Liqasında üç qələbə qazanıb. Musayevin komandası "Ximki"ni 4:0, "Spartak"ı 3:0, "Krılya Sovetov"u 2:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, 14 oyunda 36 xal toplayan "Krasnodar" hazırda Rusiya Premyer Liqasının turnir cədvəlinə başçılıq edir. Komanda ikinci olan "Zenit"dən 3 xal öndədir.