Polşa hərbçiləri Ukrayna ərazisi üzərindən uçan raketləri vurmamalıdır. Bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış RadioZet radiostansiyasının efirində bildirib.
Polşanın müdafiə qurumunun rəhbəri jurnalistin ölkənin Ukrayna üzərində raketləri vurub-vurmayacağı ilə bağlı sualına qətiyyətlə “Xeyr” cavabını verib.
Xatırladaq ki. oktyabrın 30-da “The Hill” qəzeti diqqət çəkən məqalə dərc etmişdi. Nəşr yazıb ki, Birləşmiş Ştatların Helsinki Komissiyasının liderləri ABŞ lideri Cozef Baydeni Ukrayna üzərində raketləri məhv etmək üçün Polşaya öz hava hücumundan müdafiə sistemlərindən istifadə etməyə icazə verməyə çağırıb.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural