AZ

Trampın prezidentliyi Maska fayda verdi: Tesla sərvətini artırdı

Donald Trampın seçkilərdə qələbəsi ilə ABŞ fond bazarı yaşıl rəngə boyandı. Birjada indekslər yeni rekordlar qırır, Tesla və bankir səhmlərindəki yüksəliş diqqət çəkdi. 
Sherg.az xəbər verir ki, Trampın ən böyük dəstəkçisi İlon Maskın şirkəti Tesla təxminən 15 faiz artıb. Bu artımla Maskın sərvətinə daha 26,5 milyard dollar əlavə edilib.

Dünyanın ən zəngin adamı olan Maskın ümumi sərvəti 290 milyard dollar olaraq hesablanır. Onun ən yaxın rəqibi Ceff Bezosun 228 milyard dolları var.

Maliyyə şirkətlərinin səhmlərindəki artım da diqqət çəkib. ABŞ banklarının JPMorgan Chase səhmləri 11,5 faiz, Bank of America-nın səhmləri 8,4 faiz, Goldman Sachs və Wells Fargo-nun səhmləri isə 13,1 faiz bahalaşıb.
Seçilən
18
50
sherg.az

10Mənbələr