“Kimin ABŞ prezidenti seçilməsindən asılı olmayaraq bu ölkənin siyasətində həlledici dəyişiklik baş vermir. Çünki, dövlət yalnız kimlərinsə mülahizələri əsasında deyil, oturuşmuş idarəçilik sistemi ilə idarə olunur”.
Modern.az xəbər verir ki, bunu Müsavat Məclisnin sədri Arif Hacılı ABŞ-da keçirilən prezident seçkilərinin nəticələrinə münasibət bildirərkən deyib.
“Barak Obama ABŞ prezidenti seçiləndə çox sevinmişdim. Adında Hüseyn sözü olan, qaradərəli bir siyasətçinin bu ölkənin prezidenti seçilməsinə görə Amerika cəmiyyətinin tolerantlığına, qərəzsizliyinə heyran olmuşdum.
İndi Trampın seçilməsi ilə ABŞ-ın siyasətində həlledici dəyişiklik baş verməyəcək.
Ondan xarüqələr gözləyənlərin ümidləri də, hər şeyin məhv olduğunu düşünənlərin narahatlığı da doğrulmayacaq.
Məncə bir çoxlarını kədərləndirən əsas məsələ, azadlğın beşiyi sayılan Amerikada əksəriyyətin dəyərlərə deyil, rifaha səs verməsidir”, - A.Hacılı qeyd edib.