Noyabrın 7-də gənclər və idman naziri Fərid Qayıbov Zəfər Günü ərəfəsində Xankəndi şəhərində Qarabağ Universitetinin tələbələri ilə görüş keçirib.
"Operativ Media" Gənclər və İdman nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Fərid Qayıbov əvvəlcə universitetdə yaradılmış şəraitlə tanış olub.
Tələbə-gənclərlə görüş Dövlət Himnimizin səsləndirilməsi və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Naziri salamlayan Qarabağ Universitetinin rektoru Şahin Bayramov görüşün tələbələr üçün faydalı olacağını bildirib.
Görüşdə Fərid Qayıbov çıxış edib, tələbələrin suallarını cavablandırıb, onların gələcək planları, nailiyyətləri ilə maraqlanıb, təklif və arzularını dinləyib.