Bakı. Trend:
Böyük Qayıdış proqramı üzrə Cəbrayıl şəhərinə növbəti köçprosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğmayurdlarına qovuşublar.
Trend xəbər verir ki,Cəbrayıl şəhəri bu gün 30 ailə olmaqla, 150 nəfərə qucaq açıb.Şəhərə qədəm qoyan ailələr sevinc göz yaşları ilə doğma yurdlarınaqovuşublar. Onlar böyük coşqu ilə qarşılanıblar və Cəbrayılşəhərində yaradılan gözəlliyi seyr ediblər.
Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısıilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birincixanım Mehriban Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətliAzərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizəminnətdarlıqlarını bildirib, bu yolda canlarından keçənşəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Xatırladaq ki, indiyədək Cəbrayıl şəhərində 163 ailənin, yəni583 nəfərin daimi məskunlaşması təmin edilib.