ABŞ prezidenti Co Bayden prezidentlik yarışında uduzan Demokrat namizəd Kamala Harrisin seçki gününə qədər tarixi kampaniya apardığını bəyan edib.
Bakıvaxtı.az xəbər verir ki, Ağ Evdən verilən açıqlamaya görə Bayden Harrisi kampaniya boyu göstərdiyi səylərə görə qiymətləndirib.
2020-ci il prezident seçkilərində prezidentliyə namizəd olduqdan sonra Harrisi vitse-prezident seçməsinin verdiyi ən yaxşı qərar" olduğunu ifadə edən Bayden bildirib:
"Harris fövqəladə şəraitdə önə çıxdı və tarixi bir kampaniyaya rəhbərlik etdi".
Əli Hüseynov