Türkiyə Milli Müdafiə Nazirliyi ABŞ hərbçilərinin Suriyanı tərk etməsinə dair ehtimala münasibət bildirib.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, nazirlikdən “Biz sözlərə deyil, atılacaq konkret addımlara baxmalıyıq” deyə bildirilib.
"ABŞ əvvəllər Suriyadan çəkilməyə qərar vermişdi, lakin bu baş vermədi. Sözlərə deyil, davranışlara baxmalıyıq”, - deyə MN-dən mənbə əlavə edib.