AZ

Psixoloq qalmaqallı heykəl haqqında danışıb

"Bakıda Heydər Əliyev Mərkəzinin qarşısında iqlim dəyişikliyinə diqqət çəkmək üçün çılpaq qadın heykəli qoyulub. Əlində qlobus tutan qadının əynində heç nə yoxdur. Bir çoxları çılpaqlığı ayıb bilib, öz aləmində heykəli lağa qoyurlar".

Bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq Ramil Nəcəfli deyib: 

"Heykəlin dərin mənası var. Lüt qadın Ana təbiətdir. Əvvəla qadın gözəlliyin ifadəsidir. O üsyan eliyir. Çünki meşələr qırılır, göllər qurudulur, ətraf mühit zibilxanaya çevrilir, heyvanlar məhv edilir, torpaqlar eroziyaya uğradılır, hava çirkləndirir və.s.
Ona görə də ana təbiət lüt qadın kimi təsvir edilib. Təbiət özü bir yaradandır. Təbiiliyin özüdür. Ona ziyan vurmaq olmaz. Təbiəti korlamaq olmaz".

O bildirib ki, təbiət doğan və doğulandır. İlahi simvoludur. 

"Var oluşun simvoludur. Heykəltaraş da məhs buna görə təbiəti çılpaq qadın formasında təsvir edib.
Ana təbiətə sahib çıxmaq, onu qorumaq hamımızın borcudur.

Gözəl görən gözəl düşünür".

Əfsanə Kamal
Demokrat.az
Seçilən
34
demokrat.az

1Mənbələr