AZ

Kamala Harrisdən ilk açıqlama: “Mübarizəyə davam edəcəyik"

"Əsas olan təslim olmamaq, cəhdləri dayandırmamaqdır, mübarizəyə davam edəcəyik" 

Milli.Az xəbər verir ki, bu sözləri ABŞ seçkilərində Trampa böyük fərqlə məğlub olan Kamala Harris çıxışı zamanı deyib.

Noyabrın 5-də ABŞ-da keçirilən prezident seçkilərində uduzan Harris Vaşinqtondakı Howard Universitetinin kampusunda tərəfdarları qarşısında çıxış edib:

"Bu seçkilərin nəticələrini qəbul etməliyik. Yeni seçilmiş prezident Trampla danışdım və onu qələbəsi münasibətilə təbrik etdim. Ona kömək edəcəyimizi də söylədim və onun komandası bu hakimiyyətin ötürülməsi prosesinin sülh yolu ilə baş tutmasını təmin etməlidir. Əhəmiyyətli olan təslim olmamaq, cəhdləri dayandırmamaqdır, biz mübarizəyə davam edəcəyik" .

Qeyd edək ki, 78 yaşlı Donald Tramp 26 ştatda, xüsusilə Şimali Karolina, Pensilvaniya və Corciya ştatlarında Demokratik rəqibi Kamala Harrisi məğlub edərək, seçkiləri qabaqlayıb. Tramp 2025-ci ilin yanvarında keçiriləcək andiçmə mərasimində ölkənin 47-ci prezidenti olacaq.

Nərmin Mahmudova
Milli.Az

Seçilən
14
1
milli.az

2Mənbələr