AZ

Simone İnzaqi: “Arsenal”dan heç nədə geri qalmadıq”

“İnter”in baş məşqçisi, italyan mütəxəssis Simone İnzaqi UEFA Çempionlar Liqasında “Arsenal” üzərində ev qələbəsini şərh edib.

Arena.az xatırladır ki, “İnter” yarışın Liqa mərhələsinin 4-cü turu çərçivəsində “topçular” üzərində 1:0 hesablı qələbə qazanıb.

Matçdan sonra baş tutan mətbuat konfransında jurnalistlərə açıqlamasında bunları söyləyib:

“Müdafiədə bu qədər aşağı oynamağımız nəzərdə tutulmuş bir gediş idimi? Bu, oyunun inkişafından qaynaqlanır, belə rəqiblə qarşılaşanda, bu, mümkündür. “Arsenal” rəqibə təzyiq edərək, onları aşağı müdafiəyə məcbur edir.

Yaxşı oynadıq və heç nədə geri qalmadıq, “Arsenal”ın bəzi məqamlarda ölümcül olduğunu bilirdik. Böyük rəqibə qalib gəldik. Bu komanda özünü yüksək səviyyəli klub kimi təsdiqləyib.

Biz qapımızı toxunulmaz saladığımız amilin əhəmiyyətini başa düşürük, bu gün stadionun qarşısında bunu xatırlamalı olduq, bu da bizi ruhlandırdı, alqışları qazanmaq isə xoş idi.

Daha yaxşı qol fərqi üçün belə, qol buraxmamağın nə qədər vacib olduğunu bilirik”, – “TuttoMercatoWeb” dərgisi İnzaqidən sitat gətirir.

Əlavə edək ki, “İnter” 4 tur ərzində rəqib qapılarına 6 qol vurub, öz qapısının toxunulmazlığını isə qoruya bilib. “Neradzurri” “Atalanta” ilə birgə yarışda öz qapısını “quru” saxlamış yeganə kollektivlərdir.
4 turdan sonra “İnter” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlində 10 xalla 5-ci pillədə qərarlaşıb. “Arsenal” isə 7 xalla 12-ci pillədədir.

Seçilən
19
arena.az

1Mənbələr