AZ

İrəvan və Bakı arasında yüksək səviyyədə görüş planlaşdırılmır

Hələlik İrəvan və Bakı arasında yüksək  səviyyədə görüşlərin keçirilməsi ilə bağlı razılaşma yoxdur. Bu barədə Ermənistan Xarici İşlər nazirinin müavini Vaan Kostanyan məlumat verib. 


"Hazırda XİN rəhbərlərinin və ya ölkə başçılarının görüşü ilə bağlı konkret razılaşma yoxdur. Lakin Ermənistan tərəfi görüşləri intensivləşdirməkdə maraqlıdır ki, sülh sazişi mətninin razılaşdırılması mümkün qədər tez bir zamanda başa çatdırılsın,” – Kostanyan cümə axşamı jurnalistlərə bildirib.


O həmçinin qeyd edib ki, hazırda İrəvanın Bakıda keçiriləcək COP-29 sammitində iştirakına dair də qərar yoxdur.


N.Təbrizli


www.anews.az
Seçilən
8
15
anews.az

10Mənbələr