Neftin qiymətləri əvvəlki sessiyanın sonunda azaldıqdan sonra cümə axşamı yüksəlir.
Londondakı ICE Futures birjasında yanvar ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti hazırda bir barrel üçün 75,33 dollar təşkil edir ki, bu da əvvəlki ticarət sessiyasının bağlanış qiymətindən 0,41 dollar (0,55%) daha yüksəkdir.
Nyu-York Əmtəə Birjasında dekabr ayı üçün WTI markalı neft fyuçerslərinin elektron ticarətində qiyməti bu vaxtadək 0,34 dollar (0,47%) artaraq bir barreldə 72,03 dollar olub.
N.Təbrizli
www.anews.az