AZ

Parkda insan ayaq sümükləri tapıldı

ABŞ-də Pensilvaniya ştatının Filadelfiya şəhərindəki qədim parkda sümük qalıqları tapılıb.

Medianews.az Lenta.ru-ya istinadən xəbər verir ki, noyabrın 3-ü axşam yoldan keçən bir şəxs polislə əlaqə saxlayıb və Delaver çayının sahilindəki məşhur Penn Treaty Parkında sümüklər gördüyünü bildirib.

Hüquq-mühafizə orqanları dəhşətli kəşfi təsdiqləyiblər. Məlumata görə, insan ayaqları “qayalı sahildə otların arasında” uzanıb.

Tibbi ekspertiza sümüklərin çaydan sahilə çıxdığını bildirib. Onların üzərində heç bir paltar izi yox idi.

Hakimiyyət orqanları sümüklərin suya necə girdiyini və ya cinayətin nəticəsi olub-olmadığını deyə bilmir. Hazırda mütəxəssislər qalıqlarla işləməyə davam edirlər.

Penn Treety Parkı Filadelfiyanın həmtəsisçisi Uilyam Pennin 1683-cü ildə yerli hind tayfası ilə sülh müqaviləsi imzaladığı güman edilən yerdə yerləşir.

Bu hadisə 1810-cu ildə yıxılan qədim qarağac ağacının altında baş verib. Tarixi hadisənin baş verdiyi yerdəki park 1894-cü ildə salınıb və şəhərin mühüm görməli yerlərindən biridir.

Seçilən
34
1
medianews.az

2Mənbələr