AZ

ADY: COP29-da akkreditasiyadan keçmiş şəxslər qatardan ödənişsiz istifadə edə bilər

ADY:

ADY ölkəmizdə keçiriləcək COP29 qlobal iqlim konfransı üzrə akkreditasiyadan keçmiş şəxslərin dəmiryol nəqliyyatına tələbatının yüksək səviyyədə qarşılanması üçün qatarlardan ödənişsiz istifadəni təmin edir.

Qurumdam 1news.az-a verilən məlumata görə, konfransda iştirak haqqında rəsmi akkreditasiya sənədini təqdim edən şəxslər, o cümlədən xarici vətəndaşlar 9-24 noyabr tarixlərində Abşeron dairəvi dəmir yolu ilə hərəkət edən qatarlarla ödənişsiz səfər edə biləcəklər.

Seçilən
9
13
1news.az

10Mənbələr