2024-cü il yanvarın 1-dən indiyədək 2457 terrorçunun zərərsizləşdirildiyi bildirilib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama verib.
Türkiyənin Milli Müdafiə Nazirliyi mətbuat konfransı keçirib. Konfransda Müdafiə Nazirliyi terrorla mübarizə, sərhəd təhlükəsizliyi, regional və qlobal problemlər, İsrail hücumları və s. ilə bağlı mühüm açıqlamalar verib.
Verilən açıqlamada, son bir həftədə 38 terrorçunun zərərsizləşdirilməsi ilə 1 yanvar 2024-cü ildən bu yana zərərsizləşdirilən terrorçuların sayının 2 min 457-yə yüksəldiyi bildirilib.
Oksana