AZ

Türkiyəli məşqçi: "Qarabağ" kağız üzərində favorit olsa da, "Bodö-Qlimt" çətin rəqibdi"

"Qarabağ"ın sabiq məşqçisi Mehmet Ak Sportal.az saytına açıqlama verib.

Türkiyəli mütəxəssis Ağdam klubunun avrokuboklardakı çıxışına münasibət bildirib. 

Bununla yanaşı, Ak Azərbaycan çempionunun bu gün Avropa Liqasının 4-cü turu çərçivəsində "Bodö-Qlimt"lə qarşılaşmasından gözləntilərini bölüşüb:

"Qarabağ" Avropa Liqasına yaxşı başlamadı. Əslində, çətin rəqiblərlə oynadı. "Tottenhem", "Ayaks", "Malmö" yaxşı komandalardır. Bu rəqiblər oyunu çox sürətli oynayan, keçid hücumlarını yaxşı edən, büdcə olaraq da "Qarabağ"ın çox-çox üzərində olan komandalardır. Təbii ki, "Malmö"nü çıxmaq şərtilə. Azərbaycan Premyer Liqasının səviyyəsinin artması "Qarabağ"ın bu oyunlardakı səviyyəsini də artıracaq. Amma Azərbaycan liqasının səviyyəsi aşağıdır, oradakı çətinlik və komanda sayı azdır. 

"Bodö-Qlimt" kağız üzərində asan görünsə də, çətin rəqibdir. Avropada asan oyun yoxdur, komandaların səviyyələri artıb. Bu komandaların səviyyələri artıb. "Bodö-Qlimt" də onlardan biridir. Kondisiya səviyyəsi yüksək, mübariz oyunu oynamağı bacaran komandadır. "Qarabağ" kağız üzərində favorit olsa da, psixoloji, taktiki nöqtələrdə diqqət etməlidir. "Qarabağ" Avropa Liqasında mütləq ki, xal alacaq. Amma yuxarılara doğru çıxmasını çətin görürəm. Çünki ilk üç matçdakı perfromansı çox da qaneedici deyildi. "Qarabağ"a uğurlar arzulayıram. Azərbaycanın və türk dünyasının Avropadakı təmsilçilərindəndir".

saytlarin hazirlanmasi

Seçilən
11
sportal.az

1Mənbələr