AZ

Mask 1 günə sərvət qazandı -

"Tesla" şirkətinin rəhbəri və sahibkar İlon Maskın var-dövləti 26,5 milyard dollar artıb.

Milli.Az xəbər verir ki, bu barədə "Bloomberg Billionaires İndex" (BBİ) məlumat yayıb.

ABŞ-da keçirilən prezident seçkiləri fonunda şirkətin səhmləri 15% bahalaşdıqdan sonra amerikalı sahibkar və Tesla şirkətinin baş direktoru İlon Maskın sərvəti 26,5 milyard dollar artıb.

Qeyd edək ki, noyabrın 5-də ABŞ-da keçirilən prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi, keçmiş prezident Donald Tramp qalib gəlib, o, seçkilərdən əvvəl seçiləcəyi təqdirdə ən yaxın tərəfdarları milyarder İlon Mask və siyasətçi kiçik Robert Kennedinin olacağını bəyan edib. 

Nərmin
Milli.Az

Seçilən
10
1
milli.az

2Mənbələr