Hurriyyet.az xəbər verir ki, ABŞ-da təyyarə avtomobilin üzərinə düşüb, nəticədə 5 nəfər həlak olub. Bu barədə "Associated Press" agentliyi məlumat verib.
Mülki Aviasiya Federal İdarəsinin məlumatına görə, ABŞ-ın Arizona ştatının paytaxtı olan Finiks şəhər aeroportundan havaya qalxan yüngül biznes təyyarəsi Honda HA-420 hava limanının ərazisindən kənarda qəzaya uğrayıb. Aeroportun yaxınlığındakı yolda böyük yanğın baş verib. Polis hadisə yerində 5 nəfərin həlak olduğu faktını təsdiqləyib. Təhqiqat aparılır.
Hürr Tərcüman